Peşəkar həkim tərəfindən
hər növ uşaq cərrahiyyəsi əməliyyatlarının icrası
İcra etdiyimiz əməliyyatlar
Laparoskopik və Torakoskopik əməliyyatlar
Laparoskopik cərrahiyyə
(Qarın boşluğu orqanlarında kiçik dəliklərdən xüsusi alətlərlə əməliyyatların icrası)
- Qarında kəsik aparılmır
- Əməliyyatdan sonra praktik olaraq iz qalmır
- Əməliyyatdan sonra ağrı olmur
- Sağalma müddəti qısa sürür
- Xəstəxanada yatış günü az olur
Torakoskopik cərrahiyyə
(Döş boşluğu orqanları üzərində qabırğaarası dəliklərdən xüsusi alətlərlə əməliyyatların icrası)
- Döş qəfəsində kəsik aparılmır
- Əməliyyatdan sonra praktik olaraq iz qalmır
- Əməliyyatdan sonra ağrı olmur
- Sağalma müddəti qısa sürür
- Xəstəxanada yatış günü az olur
Əməliyyatlarımızın nəticələri
Uşaq cərrahı Op. Dr. Torğul Ömərov
- 2003-2009 Universitet – Azərbaycan Tibb Universiteti.
- 2009-2010 Internatura – KQMU Kazan Dövlət Uşaq Respublika Xəstəxanası
- 2011-2014 Aspirantura – Kazan Dövlət Uşaq Respublika xəstəxanası
- 2010-ci ildə Kazan şəhərində keçirilən Konfransda usaqlarda qaraciyər və dalaq kistalarını bir portlu (SLS) laparoskopik üsulla əməliyyat edilməsindən master-klass göstərmişdir.
- 2011-ci ilin may ayında bir aylıq İsraildə Yerusəlim şəhərində xüsusi uşaq cərrahı kursu keçmişdir.
- 2013-ci ildə İtaliyanin Roma şəhərində yerləşən Bambino Gesu xəstəxanasında uşaqlarda laparoskopik əməliyyatlar üzrə təkmilləşmə kursu keçmışdir.
- 2014-ci ilin may ayında Strazburqda 10 günlük laparoskopik uşaq cərrahiyəsi üzrə xüsusi təkmilləşmə kursu keçmişdir.
- 27.11.2015-08.12.2015 Yaponiya, Tokyoda dünya uşaq cerrahlari kongresi ve laparoskopik Spider texnoloji cərrahiyyədən treninq.
- 28.03.2016-10.04.2016-cı ildə Amerikanın New York şəhərində №1 Uşaq Xəstəxanasında (№1 New York Children Hospital) xüsusi cərrahi kursda iştirak etmişdir.
- 10.10.2016-01.11.2016 Schneider children’s medical center of Israel Mikrocərrahiyyə üzrə master-klass, Yeni doğulmuş uşaqlarda Laparoskopiya kursu.
- 05.10.2017-10.10.2017 Schneider children’s medical center of Israel Mikrocərrahiyyə üzrə master-klass, Yeni doğulmuş uşaqlarda Laparoskopiya kursu.
- 06.11.2018 – 12.11.2018 Schneider children’s medical center of Israel Mikrocərrahiyyə üzrə master-klass, Yeni doğulmuş uşaqlarda Laparoskopiya kursu.
- 24.06.2019-28.06.2019 5th International Conference on Oesophageal Atresia IMoEA – 2nd International Meeting of Pediatrics INPAT, Roma, İtaliya
30 000
Konsultasiya baxışları
8 000
İcra olunmuş əməliyyatlar
Bildirilmiş rəylər
Alixan Quliyev
Salam. Doktor size sonsuz tewekkurumuzu bildiririk bu emeliyyata gore. Dogulandan duz 12 il uwaq bu problemle yawayib ve iller kecdikce daha da agirlawib. 2 defe emeliyyat etdiler ugursuz oldu yani hec alinmadi eksine pislewdi o emeliyyatlardan sonra. Sizi tanimiyinca hec umudimiz yox idi. Allahim dualarimizi qebul etdi ve sizi bizim qarwimiza cixartdi. Indi uwagim tam sagalib. Bu bize bir mocuze kimidir. Siz bizim mocuzemizsiz. Cox sagolun her weye gore. Allah sizden razi olsun. Emeyi kecen her kese de tewekkur edirik. Var olun gozel insan
Bizim iş prinsipimiz
1
Zəng edin
(050) 672 92 24
(050) 672 92 24
2
Əməliyyat öncəsi analizlərin aparılması
3
Əməliyyatın icrası
4
Əməliyyatdan sonrakı nəticənin təqibi
Ən çox verilən suallar
Uşağın qasıq nahiyəsində şişkinlik mövcuddur. Ağladığı, köpü olan zaman şişkinlik artır. Səbəbi nədir?
Deyilən əlamətlər qasıq yırtığı üçün xarakterikdir. Müalicəsi yalnız cərrahi yolladır.
Uşaqlarda qasıq yırtığı hansı yaşda əməliyyat olunmalıdır?
Oğlan uşaqlarında qasıq yırtığı 6 ayına qədər gözlənilməlidir, əgər boğulma (yırtıq kisəsinə bağırsaq və ya piylik düşərək sıxılma) yoxdursa, 6 ayından sonra planlı olaraq əməliyyat olunmalıdır. Qız uşaqlarında isə yırtıq görülən gündən əməliyyat olunmalıdır, səbəb yumurtalıqların yırtıq kisəsinə düşərək zədələnməsidir.
Hipospadiya əməliyyat olunmazsa hansı fəsadları ola bilər?
Hipospadiya üçün dünyanın qəbul etdiyi əməliyyat yaşı 8-12 aydır. Vaxtında əməliyyat olunmadıqda orqanda əyrilik, tez-tez sidiyə getmə, gələcəkdə cinsi həyatın çox çətin olması və ən əsası sonsuzluq yarada bilər.
Uşaq kiçik tualetini edərkən sidik cinsiyyət üzvünün alt nahiyyəsindən axır. Buna səbəb nədir?
Bu el arasında peyğəmbəri sünnəti kimi tanınan, tibbdə Hipospadiya adlandırılan patologiyadır. Bu xəstəlikdə sidik kanalının xarici dəliyi cinsiyyət üzvünün uc hissəsində deyil, alt səthində yerləşir. Müalicəsi cərrahi yolla sidik kanalının xarici dəliyini cərrahi yolla cinsiyyət üzvünün uc hissəsinə daşımaqdan ibarətdir.
Uşağın xayaları çox zaman xayalıqda əllənmir. Bu normal haldırmı? Müalicəyə ehtiyac varmı?
Qeyd edilən əlamət retraktil xaya dediyimiz hal üçün xarakterikdir. Retraktil xaya olduğu halda 2 yaşına qədər heç bir müalicə edilmədən müşahidə edilir. 2 yaşından sonra deyilən əlamət davam edirsə və xaya/xayaların ölçülərində kiçilmə mövcuddursa əməliyyatla xayaları xayalığa fiksə etmək lazımdır.
Uşağın 3 yaşı var. Demək olar ki, hər gün yuxuda yerini isladır. Bunun səbəbi nədir? Müalicə edilməlidirmi?
Bu hal enurez deyilən patologiyadan xəbər verir. Bəzi instrumental müayinələr vasitəsi ilə xəstəliyin nevrogen, yaxud uroloji olması təyin edilməli və daha sonra müalicəsi planlaşdırılmalıdır.
Uşağın xayası xayalıqda əllənmir. Səbəbi nə ola bilər?
Səbəb Kriptorxizmdir. Kriptorxizm xaya/xayaların xayalıqda olmamasına verilən tibbi addır.
Kriptorximzin hansı yaşda müalicə edilməlidir, müalicə edilmədiyi halda hansı fəsadları ola bilər?
Kriptorxizm xayanın birinin və ya hər ikisinin yerinə enməməsidir. Əməliyyata göstəriş yaşı 6 ayından 1 yaşına qədərdir. Vaxtında əməliyyat olunmazsa, xayanın inkişafdan qalmasına, sonsuzluğa və yuxarıda qalmış xayanın bədxassəli toxumaya çevrilməsinə səbəb ola bilər.
2 yaşından etibarən uşaq böyük bayıra 3-4 gündən bir çıxır. Bəzi hallarda nəcisdə qan müşahidə edilir. Bu hansı səbəbdən ola bilər? Nə etməliyik?
Deyilən hal xroniki qəbizliklə bağlıdır. Nəcisdə qan olmasının səbəbi isə qəbizliyin fəsadı olaraq yaranan babasil (hemorroy), yaxud anal çatdır. Dərman müalicəsi effekt vermədiyi halda irriqoqrafiya (düz bağırsaqdan kontrast maddə yeridilib bağırsaqların rentgenoqrafiya edilməsi) edilməli və sonrakı müalicə taktikası seçilməlidir.
Uşaq doğulduqdan etibarən tez-tez boğulması, göyərməsi olur. Pediatrın müalicələri effekt vermir. Hansı səbəbdən ola bilər?
Uşaq doğulduqdan etibarən tez-tez boğulması, göyərməsi olur. Pediatrın müalicələri effekt vermir. Hansı səbəbdən ola bilər?